İtaliyalı azarkeşlər AVRO-2020-nin final oyununu buraxa bilər.
Apasport.az saytının məlumatına görə, italyanların həlledici matçın keçiriləcəyi İngiltərə səfərində problem yaşanıb.
Məsələ burasındadır ki, İngiltərə nəqliyyat naziri Qrant Şapps “Skuadra Adzurra” fanatların koronavirusla bağlı Londona səfər etməmələrini istəyib. O, italyanların sırf futbolla əlaqədar səyahət etdiklərini öyrənəcəkləri təqdirdə, onların ölkəyə buraxılmasına icazə verməyəcəklərini söyləyib. Şapps hətta bir çox uçuşların da təxirə salındığını bildirib. İngiltərə hökuməti İtaliyadan gələnlər üçün 10 günlük karantin qaydası tətbiq edir.
Qeyd edək ki, İtaliya - İngiltərə matçı iyulun 11-də Londondakı “Uembli” stadionunda keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək