Tokio-2020 Yay Olimpiya Oyunlarına gəldikdən sonra itən uqandalı ağırlıqqaldıran Culius Sekitoleko tapılıb.
Apasport.az saytının məlumatına görə, yığmanın düşərgəsindən qaçan 20 yaşlı atletin Mie prefekturasında gizləndiyi bəlli olub.
O, Yaponiyaya gəldikdən az sonra qaçıb. Koronavirus testi üçün onun oteldəki otağına gəldikdən idmançı artıq orada olmayıb.
Özündən sonra otaqda yazılı kağız qoyan atlet Uqandada ağır həyat tərzindən şikayətlənib və ora qayıtmaq istəmədiyindən qaçdığını qeyd edib. O, komanda yoldaşlarından xahiş edib ki, əşyalarını həyat yoldaşına çatdırsınlar. Az sonra onun sürət qatarına bilet aldığı üzə çıxıb və idmançının izinə düşən polis uqandalını tapıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb