İngiltərə millisinin hücumçusu Harri Keyn AVRO-2020-nin finalında yeni rekord müəyyənləşdirə bilər.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu bunun üçün iyulun 11-də baş tutacaq həlledici qarşılaşmada İtaliyanın qapısından 1 top keçirməlidir.
Dünya çempionatları (DÇ) və Avropa çempionatlarının (AÇ) final mərhələlərində ümumilikdə 10 qol vuran forvard hazırda bu baxımdan Qari Linekerlə birlikdə rekorda şərikdir. Keyn italyanları da məyus edə bilsə, böyük turnirlərin final mərhələlərində ən çox fərqlənən ingiltərəli futbolçu ünvanına yiyələnəcək.
1. Harri Keyn – 10 qol (DÇ – 6 qol, AÇ – 4 qol)
Qari Lineker - 10 (DÇ-10)
3. Alan Şirer – 9 (DÇ – 2, AÇ - 7)
4. Ueyn Runi - 7 (DÇ – 1, AÇ – 6)
5-6. Maykl Ouen – 6 (DÇ – 4, AÇ – 2)
Ceff Hörst – 6 (DÇ – 5, AÇ - 1)
Qeyd edək ki, İtaliya ilə İngiltərə arasında AVRO-2020-nin final görüşü Londondakı “Uembli” stadionunda keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək