Koronavirusa təkan verdi - AVRO-2020
22.08.2021 - 10:15
Böyük Britaniyanın Səhiyyə xidmət AVRO-2020 ilə bağlı araşdırmalar aparıb.
Apasport.az saytının məlumatına görə, qurum çempionat zamanı koronavirusa yoluxmaların sayını müəyyənləşdirib.
İngiltərənin paytaxtı Londondakı “Uembli” stadionunda keçirilən 8 matçı 3036 xəstə tamaşaçı tribunadan izləyib. Onlar infeksiyanı digər 6376 nəfərə keçirdib.
Final matçı daha riskli olub. İngiltərə və İtaliya arasında görüşdə 2295 koronavirusa yoluxan azarkeş infeksiyanı 3404 nəfərə ötürüb.
Qeyd edək ki, finalı 67 min tamaşaçı izləyib.
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
0
0