Macarıstan millisi AVRO-2020-nin ilkin iştirak ərizəsini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, baş məşqçi Marko Rossi heyətə 30 futbolçu dəvət edib.
Onlardan 4-ü qapıçı, 10-u müdafiəçi, 9-u yarımmüdafiəçi, 7-si isə hücumçudur. Komanda qitə birinciliyi öncəsi keçirəcəyi yoldaşlıq görüşlərindən sonra çalışdırıcı yekun heyəti müəyyənləşdirəcək.
Qapıçılar: Boqdan Adam, Dibuş Denes (hər ikisi “Ferensvaroş”), Qulaçi Peter (“Leypsiq”, Almaniya), Tot Balaş (“Puşkaş”);
Müdafiəçilər: Bolla Bendequz, Fiola Attila, Hanqia Silvester (hamısı “Fehervar”), Botka Endre, Lovrensis Gerqo (hər ikisi “Ferensvaroş”), Keçkes Akos (“Luqano”, İsveçrə), Lanq Adam (“Omoniya”, Kipr), Orban Villi (“Leypsiq”, Almaniya), Spandler Çaba (“Puşkaş”), Şalay Attila (“Fənərbaxça”, Türkiyə);
Yarımmüdafiəçilər: Çeri Tamas (“Mezököveşd”), Qazdaq Daniel (“Honved”), Holender Filip (“Partizan”, Serbiya), Kleynheysler Laşlo (“Osiyek”, Xorvatiya), Naqi Adam (“Bristol Siti”, İngiltərə), Neqo Loik (“Fehervar”), Andras Şafer (“Dunayska”, Slovakiya), Siqer David (“Ferensvaroş”), Şoboşlay Dominik (“Leypsiq”, Almaniya);
Hücumçular: Han Yanos (“Paksi”), Nikoliç Nemanya (“Fehervar”), Sallai Roland (“Frayburq”, Almaniya), Şön Şabolç (“Dallas”, ABŞ), Şalay Adam (“Mayns”, Almaniya), Varqa Kevin (“Kasımpaşa”, Türkiyə), Varqa Roland (MTK).
Qeyd edək ki, Macarıstan yığması AVRO-2020-də “ölüm qrupu” sayılan F qrupunda yer alıb. Onların rəqibləri Almaniya, Portuqaliya və Fransadır.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib