Azərbaycan millisinin güləşçisi Səbirə Əliyeva Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxışını başa vurub.
Apasport.az saytının məlumatına görə, 76 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız 3-cü yer uğrunda görüşdə fransalı Vanessa Veskanla üz-üzə gəlib.
İlk qarşılaşmasında Epp Maeeyə (Estoniya) uduzan və rəqib finala yüksəldiyi üçün bürünc medal görüşünə çıxan təmsilçimiz yenə də məğlubiyyətə üzülüb. Veskan 13:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Avropa çempionatında qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq) çempion tituluna yiyələnib. Sərbəsrt güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb.
Həmçinin qadınların yarışında Tatyana Varansova (53 kq) və İrina Netreba (65 kq) sabah 3-cü yer uğrunda gücünü yoxlayacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək