Azərbaycan millisi Tokio-2020 Yay Olimpiya Oyunlarının 5-ci gününü də medalsız başa vurub.
Apasport.az saytının məlumatına görə, yığmamızın Olimpiadanın startında medalsız qalması heç də ilk belə hal deyil.
İdmançılarımız indiyədək qatıldığı altı Oyunların yalnız ikisində medal hesabını daha tez açıb. Komandamız 2004-cü və 2016-cı illərdə ilk uğuruna yarışın 4-cü günündə imza atıb.
Ən böyük həsrət isə Atlanta-1996-da yaşanıb. Həmin vaxt ilk mükafatı 14-cü gündə qazanmışıq.
|
il |
açılış |
ilk medal |
gün |
|
1996 |
19 iyul |
1 avqust |
14-cü |
|
2000 |
15 sentyabr |
21 sentyabr |
7-ci |
|
2004 |
13 avqust |
18 avqust |
6-cı |
|
2008 |
8 avqust |
11 avqust |
4-cü |
|
2012 |
27 iyul |
5 avqust |
10-cu* |
|
2016 |
5 avqust |
8 avqust |
4-cü |
|
2020 |
23 iyul |
|
|
* - dopinqdən istifadə edən ağır atlet Valentin Xristovun daha öncə qazandığı medal nəzərə alınmayıb.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb