Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turniri davam edir.
Apasport.az saytının məlumatına görə, bu gün yarışda Azərbaycan millisinin sonuncu idmançısı dayanq üzərinə çıxıb.
Yeganə təmsilçimiz Radik İsayev Olimpiadaya lisenziya qazana bilməyib. Beləliklə, Azərbaycan millisi Tokio-2020-yə 4 mümkün lisenziyadan ikisini qazanıb.
Kişilər
+80 kq
İlk mərhələdən azad olan Olimpiya çempionumuz Radik İsayev 1/4 finalda Miloş Pilipoviçə (Norveç) qalib gələn Miloş Qoluboviçlə (Serbiya) qarşılaşıb. İsayev rəqibini məğlub etməkdə çətinlik çəkməyib. O, 20:10 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. Təəssüf ki, o, finala gedən yolda Deyan Georgiyevskiyə (Makedoniya) 6:13 hesabı ilə uduzub.
Qeyd edək ki, Tokio-2020-də taekvondo yığmamızı Fəridə Əzizova (67 kq) və Milad Beiqi Harçeqani (80 kq) təmsil edəcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib