Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək idmançıların və bütövlükdə Azərbaycanın Olimpiya oyunlarına qatılacaq heyət üzvlərinin COVİD-19 infeksiyasına qarşı peyvəndləmə prosesinə başlanıb.
Bu barədə məlumatı apasport.az saytına Milli Olimpiya Komitəsindən veriblər.
Bildirilib ki, ilk peyvənd Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə vurulub. Peyvəndləmə prosesinə koronavirus xəstəliyinə yoluxmayan bütün idmançılar, Olimpiya heyəti üzvləri cəlb olunub.
MOK-un vitse-prezidentinin sözlərinə görə, vaksinin vurulmasına əks göstərişi olmayan, Azərbaycanın Tokio Olimpiya Oyunları komandasının bütün üzvləri peyvəndləməyə cəlb olunacaq: “Hazırda təlim-məşq toplantılarında olan Olimpiya komandası üzvləri də mərhələli şəkildə Olimpiya Oyunlarına qədər peyvənd olunacaqlar. İştirakçı ölkələrdə başlanan peyvəndlənmə prosesi Tokio Yay Olimpiya Oyunlarının sağlamlıq üçün təhlükəsiz şəraitdə keçməsinə zəmin yaradacaq”
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax son çıxışında bildirib ki, atletlər kəndində məskunlaşacaq, Tokio Olimpiya və Paralimpiya Oyunlarında iştirak edəcək idmançıların və komanda üzvlərinin 80% Oyunlar başlayana qədər vaksinasiya olunacaq.
Qeyd edək ki, Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar bu il təşkil olunacaq. Olimpiada 23 iyul - 8 avqust, Paralimpiada isə 24 avqust - 5 sentyabr tarixlərində baş tutacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək