Azərbaycanlı atlet Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordunu qırmağa çalışacaq.
Apasport.az saytının məlumatına görə, bunu Türkiyə Atletika Federasiyasının prezidenti (TAF) Fatih Çintimar deyib.
Türkiyə millisinin Ərzurumdakı təlim-məşq toplanışını ziyarət edən federasiya prezidenti həmyerlimizin italiyalı atletə məxsus rekordu yeniləyəcəyinə inandığını bildirib: “12-13 iyunda Ərzurumda Olimpiadaya lisenziya xarakterli yarış olacaq. Bu turnirdə Ramil Quliyev 200 metr məsafəyə qaçışda Avropa rekordu qırmağa çalışacaq. O, italiyalı Pyetro Menneaya məxsus olan və 37 ildir əlçatmaz olan 19,72-lik rekordu Ərzurumda yeniləyərək, tarixə keçmək istəyir”.
Qeyd edək ki, Ramil Quliyev Türkiyə atletika yığmasının ilk dünya çempionudur.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək