Polşanın Keltse şəhərində keçirilən dünya birinciliyində Azərbaycan millisinin daha bir boksçusu ilk görüşünə çıxıb.
Apasport.az saytının məlumatına görə, mundialın ikinci günündə Əsəd Baxışov qüvvəsini sınayıb.
91 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsi çərçivəsində rusiyalı Ramazan Dadayevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Baxışovdan öncə yarışa qoşulan Əli Zamanov (52 kq) və Əzrək Bəbirov (56 kq) 1/16 final döyüşünü qələbə ilə bitirib. 52 ölkədən 414 (274 oğlan, 140 qız) boksçunun qatıldığı dünya birinciliyi aprelin 23-də başa çatacaq.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək