"Liverpul"un hücumçusu Məhəmməd Salahın Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirakı dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Misir millisinin məşqçilər korpusu onun adını yekun siyahıda saxlamaq qərarına gəlib.
U-23 yığmasının baş məşqçisi Şavki Qarib bir müddət əvvəl Salahın adının ilkin siyahıda olduğunu açıqlamışdı. Ulduz futbolçunun olimpiadada iştirak edəcəyi artıq dəqiqləşib. Bununla o, 2-ci dəfə olimpiadada oynamaq imkanı qazanıb. 2012-ci ildəki mötəbər turnirdə Salahın da heyətində yer aldığı Misir yığması 1/4 finala qədər irəliləmiş, hücumçu qrupdakı hər üç görüşdə qol vurmuşdu.
28 yaşlı futbolçu İngiltərə Premyer Liqasında gələn mövsümün startını buraxacaq.
- “Neftçi” yeni loqosunu təqdim edib
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb