“Formula-2” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.
Apasport.az saytının məlumatına görə, 11 komandanın 22 pilotu sabah keçiriləcək yarışın start xəttində ön sıralarda yer almaq üçün mübarizə aparıb.
Yarım saat davam edən sıralama turunda ən yaxşı nəticə göstərən Liam Louson (“Hitech Grand Prix”) sprint yarışında start xəttinə birinci pillədə başlamaq hüququ qazanıb.
O, 1:54.217-lik göstərici ilə yadda qalıb. Juri Vips (“Hiteç Grand Prix”) və Oskar Pyastri (“Prema”) növbəti sürətli pilotlar olub.
Qeyd edək ki, “Formula-2”də ilk sprint yarışı sabah saat 11:25-də başlayacaq.

- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək