“Formula-1”in əfsanəsi Mixael Şumaxerin evi satışa qoyulub.
Apasport.az saytının məlumatına görə, yarışın 7 qat çempionunun həyat yoldaşı Korinna İsveşrənin Qlan şəhərindəki ərazisi 20 min kvadrat metr təşkil edən malikanəni satışa çıxarmağa məcbur olub.
Şumaxerin evinin qiyməti 58,7 milyon avro ilə dəyərləndirilir. Satışdan əldə olunacaq vəsait sabiq pilotun müalicəsinə sərf ediləcək. Əfsanənin tibbi xidmətlərinə ildə təxminən 3 milyon avro xərclənir.
Qeyd edək ki, Şumaxer 2013-cü ilin dekabrında Frananın Meribel şəhərində dağ xizəyi ilə sürüşən zaman başından ciddi xəsarət alıb. Uzun müddət komada olan pilotun durumu 2018-ci ilin sonlarında yaxşılaşsa da, 2 il öncə Paris klinikasına yerləşdirilib.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək