Bolqarıstanın paytaxtı Sofiya səfərində təşkil olunan taekvondo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü başa çatıb.
Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin dayanq üzərinə çıxan 4 taekvondoçudan biri günü bürünc medalla tamamlayıb.
46 kq çəki dərəcəsində mübarizəyə qatılan Minayə Əkbərova yarımfinala vəsiqə qazansa da rəqibi rusiyalı Larisa Medvedevanı məğlub edə bilməyib. Təmsilçimiz yarışın bürünc medalına layiq görülüb.
Kişilər arasında yarışda Bəhruz Quluzadə (54 kq) və Pərviz İsgəndərov (58 kq) ilk döyüşdə məğlub olub. Digər qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) isə italiya təmsilçisi Martina Gorellinə qalib gəlsə də, yarımfinala vəsiqə uğrunda döyüşdə rumıniyalı Liana Musteataya məğlub olub.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib