Rusiyalı idmançı Hacımurad Antiqulocv Mahaçqalada saxlanılıb.
Apasport.az saytının məlumatına görə, buna MMA döyüşçüsünün odlu silah gəzdirməsi səbəb olub.
Axtarış zamanı onun üzərində tapança aşkarlanıb. İdmançı ilə bağlı operativ əməliyyatların aparılmasının səbəbləri müəyyənləşdirilir.
Antiqulov 2020-ci ilin dekabrında qalmaqal salması ilə diqqət mərkəzinə düşüb. Dağıstandakı toyların birində içki verilməsə də, idmançı alkoqol içməyə qərar verib. Ona masanın üstündəki şüşəni yığışdırmaq deyilsə də, Hacımurad imtina edib və davaya başlayıb.
Qeyd edək ki, 2009-cu ildən əlbəyaxa döyüşlərdə qüvvəsini sınayır. 28 döyüşdə 20 qələbəsi olan idmançı UFC versiyasında çıxış edir.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib