İyulun 11-də AVRO-2020-nin final oyunu keçiriləcək.
Apasport.az saytının məlumatına görə, İtaliya və İngiltərə yarımfinal mərhələsində gərgin mübarizədən qalib ayrılaraq həlledici görüşdə iştirak hüququ əldə edib.
“Skuadra Adzurra” İspaniyanı penaltilər seriyası, “Dumanlı Albion” təmsilçisi isə Danimarkanı əlavə edilmiş dəqiqələrdəki qol sayəsində üstələməyi bacarıb.
Britaniya mətbuatı bu mübarizəni nəzərə alaraq, Avropa çempionatları tarixinin ən gərgin yarımfinal matçlarını araşdırıb. Siyahıya ümumilikdə 6 görüş salınıb.
1. Fransa – Yuqoslaviya - 4:5 (AVRO-1960)
2. Yuqoslaviya – Qərbi Almaniya – 2:4 (AVRO-1976)
3. Fransa – Portuqaliya – 3:2 (AVRO-1984)
4. Qərbi Almaniya – Niderland – 1:2 (AVRO-1988)
5. Almaniya – Türkiyə - 3:2 (AVRO-2008)
6. Almaniya – İtaliya – 1:2 (AVRO-2012)
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək