Tokio-2020 Yay Olimpiya Oyunları əfsanəvi cüdoçu Teddi Riner üçün əlamətdar ola bilər.
Apasport.az saytının məlumatına görə, +100 kq çəki dərəcəsində çıxış edən fransalı idmançı ardıcıl 3-cü dəfə Olimpiya çempionu olan 2-ci cüdoçu kimi tarixə düşə bilər.
2012-ci və 2016-cı illərdə bu yarışın qalibi olan Riner Yaponiya paytaxtında Tadahiro Nomuranın (60 kq) göstəricisini təkrarlamağa köklənib. Yaponiyalı 1996-2004-cü illərdə ardıcıl 3 olimpiadada tataminin “ağa”sı olub.
32 yaşlı Teddi 2008-ci ildən indiyədək böyüklərin yarışlarında cəmi 3 dəfə məğlub olub. O, 2010-20-ci illər aralığında 10 il məğlubedilməz olub və bu müddətdə 154 qələbə qazanıb.
Qeyd edək ki, Riner 10 dəfə dünya, 5 dəfə Avropa çempionu olub.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb