Türkiyədən iki ilk – Tokio-2020
31.07.2021 - 12:00
Qardaş Türkiyə millisi Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk qızıl medalını qazanıb.
Apasport.az saytının məlumatına görə, bu uğura kamandan oxatan Mete Qazoz imza atıb.
22 yaşlı idmançı kişilərin fərdi yarışında bütün rəqiblərinə qalib gəlib. Bu, Türkiyə tarixinə kamandan oxatmada ilk Olimpiya medalı kimi düşüb.
Tarixi nailiyyətə qədər qonşularımız 6 idman növündə medal qazanıb. Bunlar güləş, ağırlıqqaldırma, cüdo, taekvondo, boks və atletikadır. Lakin son iki növdə qızıl olmayıb.
Qeyd edək ki, bunadək Türkiyə yığması Yaponiya paytaxtında iki bürünc əldə edib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
0
0