Tennis üzrə açıq Fransa çempionatı təxirə salınıb.
Apasport.a saytının məlumatına görə, “Böyük dəbilqə”yə daxil olan “Rolan Qarros”un startı bir həftə sonra veriləcək.
Təşkilatçılar mayın 23-dən iyunun 6-dək keçirilməli olan turnirin gec baş tutmasını məqsədəuyğun sayıb. Yarışın mayın 30-dan iyunun 13-dək keçirilməsi nəzərdə tutulub.
Belə addımın atılmasına səbəb koronavirus pandemiyasıdır. Təşkilatçılar yarışın gec başlamaqla bir həftə ərzində məhdudiyyətlərdə yumşalma olacağına ümidlidir. Bu da “Rolan Qarros”a daha çox tamaşaçı cəlb etməyə imkan verəcək.
Qeyd edək ki, ötənilki yarış maydan sentyabra təxirə salınmışdı.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək