Avstraliyalı reqbiçilər və futbolçular arasında insident yaşanıb.
Apasport.az saytının məlumatına görə, hadisə Tokio-2020 Yay Olimpiya Oyunlarından qayıdarkən təyyarədə baş verib.
Olimpiadadakı çıxışını başa vurduqdan sonra vətənə bir yerdə qayıdan hər iki komandanın üzvləri sərxoş olduqlarından dava-dalaş yaradıblar. Hava yolları rəsmiləri idmançıların təyyarədə spirtli içki qəbul etdiyini, mahnı oxuduğunu və yüksək səslə bağırdığını söyləyib. Onlar kabindəki oturacaqlara, eləcə də tualetə qaytarıb. Dava zamanı tualetin qapısı da qırılıb.
Avstraliya Reqbi Federasiyası hadisəyə görə, oyunçulara töhmət verib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb