Azərbaycan Kikboksinq Federasiyasında yeni təyinat rəsmiləşib.
Apasport.az saytının məlumatına görə, üçqat dünya və Avropa çempionu Ramal Aslanov federasiyanın vitse-prezidenti vəzifəsinə təyin olunub.
Bu barədə qərarı qurumun idarə heyətinin sədri Adil Əliyev və prezident Orxan Əliyev verib. 29 yaşlı əməkdar idman ustası bundan sonra federasiya rəhbərliyində yer alacaq.
Qeyd edək ki, Aslanov 11 qat Azərbaycan çempionudur. O, peşəkarlar arasında İKBO, WAC, WMAO, FF, WCF versiyaları üzrə dünya kəmərinin sahibidir, 2 dəfə dünya Qran-prisinin çempionudur. Ramal peşəkar karyerasında 37 döyüşdə 33 dəfə qalib gəlib.
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb