Azərbaycan qılıncoynadanları Macarıstanın paytaxtı Budapeştdə keçirilən sablya üzrə dünya kubokunun fərdi yarışlarını uğursuzluqla başa vurub.
Apasport.az saytının məlumatına görə, kişi və qadınların şəxsi yarışına qatılan 4 idmançımızdan heç biri 1/8 finala da yüksələ bilməyib.
Təmsilçilərimizin ən böyük uğuru 1/16 final olub. 1/32 finalda macarıstanlı Kira Keszeyə 15:4 hesabı ilə qalib gələn Anna Başta üçün bu, son qələbə olub. O, 1/16 finalda fransalı Brunet Manon qarşısında aciz qalıb - 6:15.
Valeriya Bolşakova isə əsas mərhələni ilk qarşılaşmada başa vurub. O, 1/32 finalda Rusiya təmsilçisi Olqa Nikitina ilə bacarmayıb - 6:15.
Qeyd edək ki, yarışa qatılan digər iki qılıncoynadanımız - Sevil Bünyatova və Səbinə Kərimova əsas mərhələyə vəsiqə qazana bilməyib. Yığmamız sabah komanda yarışında qüvvəsini sınayacaq.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib