Azarkeşlərin Tokio Yay Olimpiya Oyunlarına buraxılma qaydaları bəlli olub.
Apasport.az saytının Yaponiya mətbuatına istinadən məlumatına görə, vaksinasiya olunmuş və ya stadiona girişdən maksimum bir həftə qalmış verdiyi testi mənfi nəticələnənlər buraxılacaq.
Azarkeşlərə Olimpiya obyektlərində idmançıları dəstəkləmək üçün qışqırmaq, yemək və alkoqol içmək olmaz. Stadiona daxil olarkən azarkeşlər maskadan istifadə etməlidir. Həmçinin onların temperaturu ölçüləcək. Koronavirus pandemiyası üzündən yarışa yalnız yerli azarkeşlər buraxılacaq.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək