Xizəkçi bu dəfə Tokio-2020 yolunda – təsnifata qatılacaq
06.05.2021 - 22:29
Xizək idmanı üzrə Olimpiya və 14 qat dünya çempionu Tereza Yohauq Tokio Yay Olimpiya Oyunlarında iştirak edə bilər.
Apasport.az saytının məlumatına görə, öz sevimli idman növündə üç dəfə dünya kubokunu başı üzərinə qaldıran norveçli Yaponiya paytaxtında atletika yarışlarında qüvvəsini sınamaq əzmindədir.
Bir müddət əvvəl 10 min metr məsafəyə qaçışda ölkə çempionu olan Tereza mayın 8-də təsnifat yarışında qaçacaq.
O, Olimpiya lisenziyası üçün normativi ödəməlidir. Şəxsi rekordu 31.40,67-yə bərabər olan xizəkçi atletika zolağında məsafəni 31.25,00-a qət etməlidir.
- Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO
- Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib
- MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
- İdmançımız Bolqarıstanda gümüş medal qazanıb
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
0
0