Avstriyanın Qrats şəhərində fiqurlu konkisürmə üzrə Avropa çempionatı davam edir.
Apasport.az saytının məlumatına görə, yarışın üçüncücü günündə qadınlar və idman cütləri buz üzərinə çıxıblar.
Sonuncular sərbəst çıxışla mükafatçıların adlarına aydınlıq gətiriblərsə, zəif cins nümayəndələri qısa proqrama bacarıqlarını nümayiş etdiriblər.
Qadınların mübarizəsində Azərbaycan təmsilçisi Yekaterina Ryabova da qüvvəsini sınayıb. Qısa proqramı sonuncu qrupda - ən güclü “altılıq”da icra edən idmançımızın çıxışı 62,22 xalla qiymətləndirilib.
Y.Ryabova bu göstərici ilə 6-cı yeri tutub. 1-ci pillədə isə rusiyalı Alyona Kastornaya qərarlaşıb – 84,92.
Qeyd edək ki, qadınların sərbəst çıxışları yanvarın 25-də baş tutacaq.
- “Bakı Marafonu 2026”: 25 min iştirakçı mayın 3-də birincilik uğrunda yarışacaq
- UFC Bakıya qayıdır - RƏSMİ
- Azərbaycan üzgüçülüyündə yeni dövr: Məşhur məşqçi Bakıya gəldi
- Azərbaycanlı alpinist 9-cu səkkizminlik zirvəyə yüksəlib
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib