Rusiyanın Kazan şəhərində cüdo üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir.
Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, hazırlıqda dünyanın ən güclü cüdoçuları ilə yanaşı, Azərbaycan millisinin də üzvləri iştirak edirlər.
Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı, Rusiya, Fransa, Yaponiya, Koreya, Monqolustan, Almaniya, İtaliya, Belçika, Avstriya, Braziliya, Çexiya, Belarus, Özbəkistan, İspaniya, Gürcüstan, Hollandiya, Moldova, Qazaxıstan və digər ölkələrin yığmaları qatılıb.
Kazan toplanışında olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri iştirak edirlər. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenko və məşqçi Elxan Məmmədovun başçılığı altında gündə 2 dəfə məşq edərək, yaxın gələcəkdə keçiriləcək dünya çempionatı və Olimpiya Oyunlarına hazırlaşırlar.
Beynəlxalq təlim-məşq toplanışı mayın 15-dək davam edəcək.
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib