Abubakarın Bakıya gələcəyi vaxt bəlli olub
18.10.2025 - 17:57
Abubakarın Bakıya gələcəyi vaxt bəlli olub

"Neftçi" Vinsent Abubakarla razılaşma əldə edib.

Apasport.az xəbər verir ki, 33 yaşlı hücumçunun Bakıya gələcəyi vaxt bəlli olub.

Bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.

Kamerunlu millisinin üzvünü gətirən təyyarə bu gecə saat 23:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edəcək.

Qeyd edək ki. ulduz futbolçunu qarşılamaq istəyən azarkeşlər qeyd edilən saatda CIP çıxışda ola bilərlər.