Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı davam edir.
Apasport.az xəbər verir ki, Kənan Nəsibov yarışa 1/16 final mərhələsindən başlayıb.
+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz ilk görüşündə Almaniya təmsilçisi Losseni Koneyə qalib gələrək 1/8 finala yüksəlib.
Nəsibov bu mərhələdə Ukrayna təmsilçisi Yakiv Xammonu da məğlub edərək 1/4 finala vəsiqə qazanıb.
O, bu mərhələdə millimizin digər üzvü Uşangi Kokauri ilə üz-üzə gəlib. Rəqibinə məğlub olan Kənan bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak hüququ qazanıb.
Nəsibov təsəlliverici görüşdə rusiyalı Valeri Yendovitskiyə qalib gələrək bürünc medal uğrunda həlledici qarşılaşmaya vəsiqə qazanıb.