"Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, hər sahədə dünyada çox vacib bir şəhərdir".
Apasport.az xəbər verir ki, bunu Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES Europe) prezidenti Can Françesko Lupatelli Bakının “Dünya İdman Paytaxtı” elan olunmasına həsr edilmiş rəsmi təqdimetmə mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Bakı böyük idman tədbirlərinə ev sahibliyi etmək üçün ideal paytaxtdır: "Bilirik ki, Bakı təkcə idman baxımından deyil, ümumiyyətlə, hər sahədə dünyada çox vacib bir şəhərdir. Dünya İdmanının əvvəlki paytaxtı Monako idi. Biz bu gün böyük sevinc hissi ilə "Dünya İdman Paytaxtı" titulunu rəsmən Bakıya təqdim etdik. İnanırıq ki, Bakı bu işin öhdəsindən layiqincə gələcək".
Qeyd edək ki, Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyası Bakını 2026-cı il üçün dünyanın "İdman paytaxtı" seçib.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib