"Kəpəz" yoxlama matçında "Sumqayıt"la qarşılaşıb - 1:2.
Apasport.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Adil Şükürov oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.
Mütəxəssis görüşü dəyərləndirib: "Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik. Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq".
- "Neftçi" derbi hazırlığını yekunlaşdırıb - FOTO
- Şəhid jurnalistlərin Xatirə Turnirinə yekun vurulub
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"