Adil Şükürov "Neftçi"yə getməsi barədə: "Heç bir çətinlikdən qorxmuram"
09.10.2024 - 13:55
Adil Şükürov "Neftçi"yə getməsi barədə: "Heç bir çətinlikdən qorxmuram"

"Kəpəz"in sabiq çalışdırıcısı Adil Şükürov apasport.az saytına açıqlama verib.

"Neftçi"nin baş məşqçi postuna namizədlər arasında olan Şükürov "ağ-qaralar"dan təklif alıb-almaması barədə danışıb:

"Düzünü deyim, adımın "Neftçi" ilə hallanması mənim özümə də xoşdur. "Neftçi" ölkənin köklü komandalarından biridir. Bu klubun tarixi Azərbaycan futbolunun tarixidir. Amma sırf baş məşqçi postuna məsələsinə gəlincə, bu barədə ancaq mətbuatdan oxumuşam və mənimlə klubdan heç kim əlaqə saxlamayıb. Əgər təklif olarsa, oturub müzakirə də aparmaq mümkündür. Allaha şükürlər olsun, işimiz də hamıya məlumdur, heç bir çətinlikdən də qorxmuruq".

0