AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
22.07.2024 - 10:17

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan yeni təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Konfrans Liqasının II təsnifat mərhələsində Sloveniyada “Maribor” və Rumıniyanın “Universitatya Krayova” klubları arasında keçiriləcək ilk oyunun UEFA nümayəndəsi olacaq.
İyulun 25-də “Lyudski” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da başlayacaq. Matçın baş hakimi danimarkalı Mads Kristoffersen olacaq.
0
0