Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkil etdiyi “Olimpiya ruhu: Qələbə və məğlubiyyətdən kənar” adlı beynəlxalq foto müsabiqəsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyasının (IAAP) platforması üzərindən beynəlxalq fotoqrafiya qaydaları əsasında təşkil olunan müsabiqənin mövzuları arasında qələbə sevinci, məğlubiyyətdən doğan məyusluq, oyunlarda yaddaqalan məqamlar, təmiz idman ruhu və ədalətli idman prinsiplərinin təbliği yer alıb.
Seçim prosesində Azərbaycan idmançılarının əcnəbi fotoqraflar tərəfindən çəkilən fotoşəkillərinə xüsusi diqqət yetirilib.
Müsabiqəyə 27 ölkədən 53 fotoqraf 205 foto təqdim edib. Beynəlxalq dərəcəli fotoqraflar İlqar Cəfərov (Azərbaycan), Umberto Deramo (İtaliya) və Yasser Alaa Mobarakın (Misir) yer aldığı münsiflər heyətinin qiymətləndirməsi nəticəsində 25 fotoqraf mükafatçılar sırasında yer alıb.
Azərbaycandan üç fotoqraf – Dilavər Nəcəfov, Zaur Mustafayev və Naib Əhmədovun fotoları da mükafata layiq görülüb.
Xatırladaq ki, AMADA-nın dekabrın 16-da Bakıda təşkil olunan “Təmiz qələbə: Olimpiya ilinə yeni baxış” adlı beynəlxalq konfransında müsabiqənin qalib fotolarından ibarət sərgi nümayiş olunub.
- Kırçın vadisindən “Bişkek Arena”ya: Köçəri irsin dünya səhnəsinə çıxışı – REPORTAJ
- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bişkekdə keçirilən 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak ediblər - CANLI - YENİLƏNİB
- Azərbaycan heyəti Dünya Köçəri Oyunlarında keçid edib - VİDEO
- Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb
- Timur Nikiforov Azərbaycan millisinə dəvət alıb