Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə keçirilən "Təmiz qələbə: Olimpiya ilinə yeni baxış" adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə AMADA-nın icraçı direktoru Təhminə Tağızadə, idman ictimaiyyətinin nümayəndələri, Ümumdünya Antidopinq Agentliyi (WADA), Beynəlxalq Test Agentliyi və müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbər şəxsləri iştirak ediblər.
WADA-nın prezidenti Vitold Bankanın video müraciəti nümayiş olunub: "Təəssüf ki, orada iştirak edə bilmirəm. Bu konfrans olduqca önəmli yığıncaqdır. Burada Paris-2024-də əldə olunmuş əsas nailiyyətlərə toxunacağıq. Konfransın gündəliyi ilə də tanışsınız. Təşkilatçılıq üçün AMADA-ya təşəkkür edirik. Hər zaman sizə dəstək göstərməyə hazırıq. Birlikdə işləməklə hədəflərimizə nail ola bilərik. Hamınıza uğurlar".
Təhminə Tağızadə il ərzində gördükləri işlər barədə məlumat verib: "Olimpiya ilinin uğurla başa çatması münasibətilə hamınızı təbrik edirəm. Bu tədbir ötən olimpiya ilini təhlil etmək və gələcək idmana baxış üçün platformadır. Bu il bizim üçün uğurlu olub. Qarşıya qoyulmuş məqsədləri müvəffəqiyyətlə icra etmişik. İl ərzində 1000-dən çox test aparılıb, 2000-dən çox iştirakçı ilə biliklərimizi bölüşmüşük. Yekun rəqəmlər ilin sonunda açıqlanacaq. Hamınızı qarşıdan gələn yeni il münasibəti ilə də təbrik edirəm".
Daha sonra beynəlxalq konfransın birinci sessiyası başlayıb.
- Milli Paralimpiya Komitəsində yeni təyinatlar olub
- Azərbaycan çempionatının finalı Xankəndidə keçiriləcək
- Üç idmançımız dopinqə görə cəzalandırılıb
- “Fövqəladə hallar uşaqların gözü ilə” XII Respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıb - FOTO
- Təhminə Tağızadə: "Bakı 2026-cı il üçün dünyanın idman paytaxtı seçilib"