“Araz-Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq
07.04.2025 - 14:55
“Araz-Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq

Misli Premyer Liqasının 29-cu turunda bu gün  “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyuna itkilərlə çıxacaq.

Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin 5 futbolçusu "Sumqayıt"la görüşü buraxacaqlar. 

Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirli zədə səbəbindən bu oyunda iştirak etməyəcək.

Qeyd edək ki, “Liv Bona Dea”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 18:00-da başlayacaq.