"Araz-Naxçıvan" "Zirə" qarşısına 2 itki ilə çıxacaq
02.05.2025 - 15:37
"Araz-Naxçıvan" "Zirə" qarşısına 2 itki ilə çıxacaq

“Araz-Naxçıvan”ın zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Komanda Misli Premyer Liqasının XXXIII turnda “Sabah”la qarşılaşacaq.

Muxtar respublika təmsilçisi bu gün oyunöncəsi son məşqini keçirib. Zədəli futbolçulardan Sezar Meza Kolli kollektiv məşqlərdə iştirak etsə də, Ramin Nəsirli fiziki hazırlıq üzrə məşqçinin nəzarəti altında çalışmalarla kifayətlənib.

Qeyd edək ki, “Araz-Naxçıvan” – “Sabah” oyunu mayın 3-də “Liv Bona Dea Arena”da keçiriləcək.