"Araz" Naxçıvana qayıdır
29.02.2024 - 21:52

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” yüksək liqadakı yerini qoruyub-saxlayarsa, yeni mövsümə başqa stadionda başlayacaq.
Apasport.az saytına verilən məlumata görə, klub bu mövsümlük “Dalğa Arena”nı icarəyə götürsə də, mövsümün sonunda bu icarə müddəti başa çatacaq.
2024/2025 mövsümündən etibarən “Araz-Naxçıvan”ın Naxçıvana qayıdacağı gözlənilir.
Hazırda PFL standartlarına çatdırılmalı olan Naxçıvan Şəhər Stadionunun əsaslı təmirinin layihələndirilməsi işləri aparılır. Standartlardan sonra məhz bu işlərə başlanılacaq.
- Birinci Liqa: "Qəbələ" "Karvan"a, "Mingəçevir" "Difai"yə qarşı - YENİLƏNİR
- "Sabah"ın rəqibi bəlli olur: "Neftçi" "Kəpəz"lə üz-üzə - YENİLƏNİR
- Azərbaycan Kuboku: "Zirə" "Araz-Naxçıvan"ı qəbul edir - YENİLƏNİR
- “Sumqayıt”ın baş məşqçisi: “Kaş rəsmi müqavilə imzalamazdım”
- Vaqif Cavadov: "Mən robot deyiləm"
0
0