"Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırılıb
05.03.2025 - 16:56
"Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırılıb

“Araz-Naxçıvan” klubunun futbolçusu Kristian Avram Moldova millisinə dəvət alıb.

Apasport.az xəbər verir ki, bu barədə Naxçıvan klubunun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Moldova yığması DÇ-2026-nın seçmə mərhələsində martın 22-də Kişinyovdakı "Zimbru" stadionunda Norveç yığması ilə qarşılaşacaq.