Yunanıstanın Volos şəhərində təşkil olunan atletika üzrə Balkan çempionatına yekun vurulub.
Apasport.az xəbər verir ki, yarışda iştirak edən Azərbaycan təmsilçilərindən Əlhəm Nağıyev parlaq qələbə ilə yadda qalıb.
Atletimiz 200 metr məsafəyə qaçışı 20.70 saniyə göstərici ilə başa vurub. Bu nəticə ilə Nağıyev ümumilikdə 19 idmançının mübarizə apardığı növdə bütün rəqiblərini qabaqlayaraq Balkan çempionatının qızıl medalını qazanıb.
Xatırladaq ki, bu yarışda atletlərimizdən son dəfə Anna Skidan 2021-ci ildə qalib olmuşdu. Rüstəm Məmmədov isə bu ilin fevralında qapalı məkanda Balkan çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək
- Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
- Bakıda keçiriləcək "Qələbə qaçışı"na rekord sayda iştirakçı qatılacaq
- Zəngilan rayonunda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş veloyürüş keçirilib