Albaniyada keçirilən məktəblilərin Avropa çempionatı sona çatıb.
Apasport.az saytının məlumatına görə, 25 ölkədən 208 şahmatçının iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıb.
Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və 1 bürünc medala layiq görülüb. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub.
17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıb. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıb. 15 yaşadək qızlar kateqoriyasında çıxış edən Nurtən Nuriyeva bürünc medalla mükafatlandırılıb.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb