Estoniyanın paytaxtı Tallində taekvondo üzrə böyüklər arasında Olimpiya çəki dərəcələri üzrə və gənclər arasında Avropa çempionatlarına start verilib.
Apasport.az saytı xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasından verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan milli komandası aktivinə 3 medal yazıb.
Yığmamızın liderlərindən Cavad Ağayev (68 kq) finala kimi inamla irəliləyib. Lakin həlledici görüşdə məğlub olan taekvondoçumuz gümüş medala yiyələnib.
Gənclərin Avropa çempionatında Səlimə Quliyeva (42 kq) da eyni uğuru təkrarlayıb. O da fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Digər taekvonduçumuz Məhəmməd Həsənli (45 kq) isə 3-cü yerlə kifayətlənib. Nəticədə yığmamız tueburun ilk günü 2 gümüş və 1 bürünc medalla başa vurub.
Qeyd edək ki, Avropa çempionatları 3 gün davam edəcək.
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO