Avropa Liqası: "Qarabağ" "Ayaks"ı qəbul edir - YENİLƏNİR
24.10.2024 - 09:15
“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.
Apasport.az xəbər verir ki, “atlılar” III turda “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.
“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).
UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur
24 oktyabr
20:45 "Qarabağ" – "Ayaks" (Niderland)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu
0
0