
"Qalatasaray" Avropa Liqası Liqa fazasının 3-cü turu çərçivəsində doğma meydanda İsveçin "Elfsborq" klubunu 4:3 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Okan Buruk matçı dəyərləndirib.
51 yaşlı mütəxəssis oyundan və nəticədən razı qaldığını bildirib:
"Oyun istədiyimiz kimi oldu. İlk dəfə 3-4-1-2 sistemi ilə oynadıq. Cəmi iki məşqlə bunu etdik. Birinci hissədə hər şeyi doğru edirdik. 4 qol vurduq, amma 8-9 qol vura bilərdik. İkinci hissədən bir anda hesab 3:1 oldu. Daha sonra şanssız penaltidən rəqib fərqi 1-ə endirdi. İstər-istəməz komandada qorxu yarandı. Nə qədər qol buraxsaq da, top həmişə bizdə idi. Rəqib yaratdığı təhlükəli hücumlardan 3 qol vurdu. Bəzən etibarlı oynamaq lazımdır. Matçın xeyli hissəsində doğru işlər gördük. Oyundan və qollardan məmnunam. Mən stəkanın qolu tərəfinə baxacağam".
- Bakıda UEFA-nın PRO kateqoriyalı məşqçi kursunun I mərhələsi keçirilib
- “Qarabağ” – “Araz-Naxçıvan” oyununun biletləri satışa çıxarılıb
- Azərbaycanda daha bir stadion təmirə bağlanır - EKSKLÜZİV
- "Turan" FK-a məxsus Hünər təlim-məşq bazasının ilk təbii örtüklü meydançasının açılışı olub - VİDEO
- Ehtiram Quliyev: "Bu, komandamızın nailiyyətləri üçün önəmli mərhələdir"