Qadın şahmatçılar arasında Azərbaycan çempionatında VI turun görüşləri keçirilib.
Apasport.az saytının məlumatına görə, hesabat turunda yeganə heç-heçə Ləman Hacıyeva və Xanım Balacayeva arasındakı görüşdə qeydə alınıb.
Yarışın lideri Ayan Allahverdiyeva VI turda Zeynəb Məmmədyarovanı məğlub edib. Qara fiqurlarla oynayan ötən ilin Azərbaycan çempionu Gövhər Beydullayeva Xəyalə Abdullanı məğlub edib.
Türkan Məmmədyarova Nərmin Abdinovaya, debütant Nurtan Nuriyeva isə Səbinə İbrahimovaya uduzub. Gülnar Məmmədova bu tur istirahət edib.
Qeyd edək ki, 6 turdan sonra aktivində 4,5 xalı olan Ayan Allahverdiyeva birinci pillədə qərarlaşıb. Liderdən yarım xal geri qalan Gövhər Beydullayeva ikinci sırada qərarlaşıb. Hərəyə 3,5 xalı olan Səbinə İbrahimova və Xanım Balacayeva müvafiq olaraq 3-4-cü yerləri bölüşdürür.
Ölkə çempionatına fevralın 14-də yekun vurulacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb