Tunisin paytaxtı Tunisdə ağır atletika üzrə Afrika çempionatına start verilib.
Apasport.az saytının məlumatına görə, bir həftə davam edəcək yarışda Azərbaycan yığma komandasının üzvləri də iştirak edirlər.
Bu gün idmançılardan ilk olaraq Nazilə İsmayılova körpücük üzərinə çıxıb. 45 kq çəki dərəcəsində mübarizə aparan atlet uğurlu çıxışla yadda qalıb.
Nazilə birdən qaldırma hərəkətində 60, təkanla qaldırma hərəkətində 72 kq çəkini ram edərək, toplam 132 kq (60+72) nəticə göstərib. İsmayılova həm birdən, həm təkanla qaldırma hərəkətləri, həm də toplamda Afirka çempionatını qalibi olub.
Qeyd edək ki, Tunisdə təşkil olunan yarış Paris 2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır və əldə edilən nəticələr Olimpiya təsnifat sistemində qeydə alınacaq.
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək