Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatınının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan polis idarəsinə aparılıb.
APA xəbər verir ki, o, İrəvan polis idarəsinin Şaumyan rayon şöbəsində dindirilib. İdarənin qarşısına Nikolyanı dəstəkləyənlər toplaşıb.
Bir müddət sonra Aram Nikolyan polis idarəsini tərk edib. O, kütlə tərəfindən polis idarəsinin qarşısında alqışlarla qarşılanıb.
Vəkil Aleksandr Koçubayev bildirib ki, müdafiə etdiyi şəxsə qarşı heç bir ittiham irəli sürülməyib.
Qeyd edək ki, aprelin 23-dək keçiriləcək yarışda Azərbaycanın 4 idmançısı mübarizə aparacaq. Azərbaycandan ilk olaraq körpücük üzərinə aprelin 15-də Nazilə İsmayılova (49 kq) çıxacaq.
- “Ganja Cup” üzgüçülük yarışı ikinci dəfə keçiriləcək
- AMADA-nın yeni antidopinq qaydaları WADA ilə razılaşdırılıb
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb