Qadın boksçular arasında Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən dünya çempionatında yarımfinal mərhələsi yekunlaşıb.
Federasiyadan apasport.az saytına verilən məlumatına görə, bu mərhələdə Azərbaycan millisinin boksçusu Aynur Rzayeva da rinqə çıxıb.
+81 kq çəkidə çıxış edən yığma üzvü qazaxıstanlı Lazzat Kunqeybayeva ilə üz-üzə gəlib. Görüşdə rəqib qələbə qazandığından finala yüksəlib. Rzayeva isə mundialı bürünc medalla başa vurub.
Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan dünya çempionatının final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100 min, finalçısı 50 min, bürünc medalçısı 25 min dollar qazanacaq.
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib
- AMADA və Milli Paralimpiya Komitəsi seminar keçirib