Beynəlxalq Cüdo Federasiyasının saytında “Azərbaycan Cüdo Federasiyası 2023-cü ildə əldə etdiyi nailiyyətləri qeyd edir” başlıqlı məqalə dərc olunub.
Apasport.az xəbər verir ki, məqalədə Azərbaycan Cüdo Federasiyasının “İlin ən yaxşı idman federasiyası” nominasiyasında 2-ci yeri təmin etməklə yanaşı, müxtəlif kateqoriyalarda cüdo ailəsinin üzvlərinin fərqlənməsi vurğulanır.
Bundan əlavə, saytda “Qızlara ağ yaraşır” kampaniyasının həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən yüksək qiymətləndirilməsi və bir sıra beynəlxalq mükafatlara layiq görülməsi işıqlandırılıb.
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək
- Bakıda keçiriləcək "Alufar IRONMAN 70.3" triatlon yarışı çərçivəsində tədbirlərə start verilib
- Bakıda 18 yaşdan 80 yaşadək triatlonçular mübarizə aparacaq
- Yubiley Formula 1 Azərbaycan Qran-Prisi üçün yeni tribuna quraşdırılıb
- Azərbaycan kikboksçusu 2 il müddətinə diskvalifikasiya olunub