Azərbaycan futbolunda növbəti biabırçılıq - komanda meydana 10 nəfərlə çıxıb
18.10.2024 - 15:39
Futbol üzrə Azərbaycan çempionatının II Liqasının VII turu davam edir.
Apasport.az xəbər verir ki, "Göygöl" "Füzuli"ni qəbul edir.
Oyun qonaqların problemləri ilə əlaqədar bir qədər gec başlayıb. Belə ki, Qarabağ təmsilçisi matçın keçirildiyi Göygöl Olimpiya İdman Kompleksinə 10 futbolçu ilə yollanıb.
Ehtiyat oyunçular skamyasında heç kəs olmayan "Füzuli" start heyətini qurmaqda da çətinlik çəkib. Protokolda 11 futbolçu sifariş edən komanda meydana 10 nəfərlə çıxıb.
Qeyd edək ki, hazırda davam edən matçda meydan sahibləri öndədir - 3:0.
- Elvin Cəfərquliyev üçün İtaliyadan 3 müştəri - KLUBLARIN ADLARI BƏLLİDİR
- I Liqa: MOİK ilk qələbəsini qazandı, "Zaqatala"dan inamlı qalibiyyət
- "Neftçi" millinin üzvünü heyətinə qatmaq istəyir - Özəl
- Branimir Subaşiç: "Bu cür nəticə heç kimə xoş deyil"
- Polşalı sabiq qapıçı: "Koxalskiyə adaptasiyası üçün vaxt lazımdır"
0
0